EN

FHN sosial reabilitasiya müəssisəsində təlim keçirib FOTO

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsində “Yanğın zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, təlimin keçirilməsində məqsədin müəssisənin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olduğu bildirilib. Öncə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib.

Daha sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb.

Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, işçi və benefisiarların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirilib. Təlim uğurla başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
6
apa.az

9Sources