Ajans.az Fox News-a istinadən xəbər verir ki,bu fikirləri o, müsahibəsi zamanı səsləndirib. "Vəziyyətə maliyyə nöqteyi-nəzərindən baxsaq, xüsusilə aydın olar ki, Ukrayna iqtisadi baxımdan Rusiya ilə rəqabət apara bilməz. Amma Avropanın yardım etdiyini də nəzərə almalıyıq. Düşünmürəm ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilər", – deyə Türkiyə lideri vurğulayıb. Ərdoğan müsahibəsində həmçinin Ukrayna münaqişəsinin diplomatik yollarla həllinin vacibliyini bir daha qeyd edib.