Ajans.az xəbər verir ki,bu barədə ölkənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Balıkesirin Sındırgı rayonu olub. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss olunub. Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.