EN

Nura Suri Adnan Əhmədzadə və xanımının müdafiəsinə qalxdı

Sosial şəbəkələrdə daim aktiv olan və əksər müzakirələrdə iştirak edən müğənni Nura Suri saxlanılan Adnan Əhmədzadə və xanımı Gülsəfa Cəfərovanın müdafiəsinə qalxıb.
Tribunainfo.az xəbər verir ki, müğənni A.Əhmədzadə və xanımı haqqında nifrət dolu fikir bildirənlərə qarşı çıxıb.
“Şəxsən tanımadığınız insanlar haqqında necə belə danışa bilirsiniz?
Bu nə nifrətdir varlı, imkanlı şəxslərə qarşı?
Niyə kimsə problemə düşəndə və yaxud vəzifədən çıxarılanda yazmağa başlayırsınız?
Kiminsə Allaha inandığını, hər gün dua edib-etmədiyini hardan bilirsiniz?
Bəziləri hər paylaşımın altında özlərini həlak ediblər ki, millətin pulunu oğurlayıb. Bu şərhi yazan insanlar, belə düşünənlər heç vaxt bu həyatda uğur qazana bilməzlər. Başda beyin düzgün işləmirsə o adama milyon da versələr heç bir uğur əldə edə bilməz. Yaponların bir misalı var, deyir: əgər ağıllısınızsa niyə kasıbsınız. İnsan pulla kasıblamır, ağıldan kasıblayır.
Görürəm, hamı dürüstlükdən dəm vurur, hamı vicdanlı imiş. Bəs südə su qatıb insanlara satanlar, bazarda kiloda aldadanlar, 1 manatlıq məhsulu bəh-bəhlə üstünə silikon sürtüb 10 manata satanlar, eyni vaxtda 3-4 ev yiyəsini aldadıb işini yarımçıq qoyub ‘rayonda yasımız düşüb’ deyib başqa müştəriyə qaçanlar və sair kimlərdir?”.

Chosen
1
3
sherg.az

4Sources