EN

Şuşanın baş planında yeniliklər olunub

Şuşanın

Şuşanın baş planında investorların daşınmaz əmlak layihələri həyata keçirə biləcəyi ərazilər müəyyən edilib.

Bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib

Onun sözlərinə görə, hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanır: "Paralel olaraq qonaqpərvərlik xidmətləri də yüksəldilir və məqsədimiz Şuşaya nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir".

A. Kərimov əlavə edib ki, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılması da davam edir: "Artıq Şuşa Sağlamlıq Mərkəzi istifadəyə verilib. Burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa, xüsusi tibbi xidmətlər və bioloji testlərin aparılması üçün imkanlar mövcuddur. Şuşaya yaxın ərazidəki mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzərində də işlər aparılır".
Chosen
4
2
reyting.az

3Sources