EN

Formula 1 gələn il "Sea Breeze"də keçiriləcək? - RƏSMİ

Xəbər verdiyimiz kimi, ölkəmizdə böyük marağa səbəb olan “Formula 1” yarışlarının Azərbaycanda 2030-cu ilə qədər keçirilməsi qərara alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə gələn il yarışın “Sea Breeze” ərazisində keçiriləcəyi iddia olunur.

Məsələnin aktuallığını nəzərə alaraq, Manset.az məsələ ilə bağlı Bakı Şəhər Halqasına sorğu ünvanlayıb.

Sorğuya cavabda bildirilib ki, “Formula 1" Qran Prisinin Azərbaycanda 2030-cu ilə qədər keçirilməsinə dair rəsmi qərar qəbul edilib: 

“Bakı Şəhər Halqası 2016-cı ildən etibarən Formula 1 azarkeşlərinə unikal trası ilə həyəcanlı yarışlar təqdim edir. Tarixi İçərişəhərin dar döngələri və Xəzər sahili boyunca uzanan uzun sürətli düzlükləri ilə tanınan bu tras hər il gərgin mübarizələrə səhnə olur. Növbəti illərdə Formula 1 Qran Prisinin harada keçiriləcəyi ilə bağlı rəsmi açıqlama olmasa da, yarışların Bakı Şəhər Halqasında davam edəcəyi ehtimal edilir"


 

Fidan Vəlisoy 

Chosen
10
manset.az

1Sources