EN

Bakıda küçədə tanış olduğu kişini evinə gətirdi: Arvadının yanında qoyub Gəncəyə GETDİ

Bakıda qadına bıçaqla hücum edən şəxs həbs edilib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü İxtiyar Süleymanov Bakıya gələrək, Ağ şəhər ərazisində tikintidə işləyib. O, qalmağa evi olmadığından gecələr paytaxtın müxtəlif ərazilərindəki parklarda gecələyib, tüfeyli həyat tərzi keçirirmiş.

Bir gün parkda vətəndaşlardan pul istəyərkən, Elşad adlı şəxs ona yaxınlaşıb pul və su verib, gənc oğlanın nə üçün diləndiyini soruşub. İxtiyar qalmağa yeri olmadığını, fəhlə işlədiyini və parklarda gecələdiyini bildirib. Elşad ona ailəsi ilə birlikdə qalmağı təklif edib və İxtiyar da razılaşaraq onlara gedib. Elşad ona yeni paltarlar alıb, onun evində qalmasına icazə verib.

Bir müddətdən sonra Elşad İxtiyarı alkoqolizmdən məcburi müalicəyə göndərib və altı ay müalicə etdirəndən sonra yenidən evinə qaytarıb. İxtiyar Elşadın ailəsinə lazım olan gündəlik tələbat mallarını alır, ailə ilə birlikdə yaşayırmış.

Təxminən bir ay sonra Elşad insult keçirir və Gəncəyə valideynlərinin yanına qayıdıb. Həyat yoldaşı isə övladı ilə birlikdə Bakıda qalıb. İxtiyar da onun ailəsi ilə birlikdə qalaraq, ona və övladına baxacağına söz verib.

Bir müddətdən sonra məlum olur ki, Elşad ailəsindən boşanıb. Elşad İxtiyara zəng vuraraq, onun ailəsindən uzaq durmağı tapşırsa da, İxtiyar ona məhəl qoymayıb.

Bir gün İxtiyar evdə qadının başqa oğlanla telefonla danışdığını görüb və onunla mübahisə edib. Qadın bundan sonra İxtiyarı evdən qovub, lakin İxtiyar hər gün qadına zəng edərək, onu ölümlə hədələyib.

Bir neçə gün əvvəl hadisə yenidən təkrarlanıb və İxtiyar qadına zəng vuraraq, parkda görüş tələb edib. Qadın bu barədə polisə məlumat verib və görüş məqsədi ilə Yasamal rayonundakı marketlərdən birinə gəlib, İxtiyara zəng vurub. İxtiyar bıçaqla marketə daxil olaraq qadını yaxalayıb və onu marketdən çıxarmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşları hadisə ilə bağlı protokol tərtib edərək işi məhkəməyə göndəriblər.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İxtiyar Süleymanov 25 sutka inzibati qaydada həbs edilib.

Chosen
2
2
far.az

3Sources