EN

SOFAZ səhmlərə üstünlük verir: portfelin həcmi 17 milyard dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ/ARDNF) səhm portfeli son iki ildə böyüyərək, 17 milyard ABŞ dollarını ötüb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycanın tanınmış iqtisadçı-eksperti İnqilab Əhmədov öz sosial şəbəkə səhifəsində paylaşım edib.

“Hazırda səhmlər Fondun ümumi investisiya portfelinin 25,7%-ni təşkil edərək istiqrazlardan (38,9%) və qızıldan (28,8%) sonra üçüncü yeri tutur. ARDNF-nin səhm portfeli son 2 ildə kəskin şəkildə artaraq 17 milyard dolları ötüb. Ötən il Fondun 6%-lik gəlirinin əsas hissəsini səhmlər təşkil edib. 2012-ci ildən bəri səhm yatırımları üzrə kumulyativ gəlir 211,3% təşkil edir”, -deyə o yazır.

İqtisadçının yazdığına əsasən, səhmlər, xüsusən də dotcom səhmləri ən riskli investisiyalardır və hazırkı qeyri-sabit qlobal investisiya mühitində bu investisiyaların ildən-ilə artırılması Fondun rəhbərliyindən bilik və bacarıq, eləcə də böyük cəsarət tələb edir.

“Səhm bazarına sərmayə qoyan ən böyük Suveren Rifah Fondu 2 trilyon dollar aktivi olan Norveç Pensiya Fondudur. Fondun aktivlərinin 70,6 faizini səhmlər təşkil edir. Norveç Fondunun investisiyaların idarə olunmasından əldə etdiyi gəlir onun neft-qaz sektorundan daxilolmalarını 2 dəfə üstələyir.”,-deyə o bildirib.

Onun sözlərinə görə, son illərin nəticələri göstərir ki, SOFAZ-ın səhmlər portfelində müşahidə olunan artım dinamikası Fondun bu istiqamətdə oxşar uğurlar əldə etmək niyyətini ortaya qoyur.

“Qrafikdən də göründüyü kimi, Fond getdikcə sabit gəlirli istiqrazların payını azaldaraq fond bazarına üstünlük verir və bu alətin portfeldəki çəkisini ildən-ilə artırır”, - deyə o əlavə edib.

“Qrafikdən də göründüyü kimi, Fond səhm bazarını prioritet seçib və sabit gəlirli istiqrazların payını azaltmaqla bu alətin xüsusi çəkisini ildən-ilə artırır.”,-deyə o əlavə edib.

Chosen
6
1
fed.az

2Sources