EN

SOFAZ dövlət büdcəsinə köçürülən vəsaitin ümumi məbləğini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ/ ARDNF) yaranandan bəri dövlət büdcəsinə 140 milyard ABŞ dollarından çox vəsait köçürüb.

Kommersant.az xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumund SOFAZ-ın icraçı direktorunun müavini Rövşən Cavadov deyib.

Onun sözlərinə görə, Fondun fəaliyyət dairəsinə “Qars” dəmir yolu, “Bakı–Tbilisi–Ceyhan” neft kəməri, iri suvarma layihələri, mənzil tikintisi, məcburi köçkünlər üçün təhsil proqramları və digər təşəbbüslər daxildir.

“Fond dünyada ən şəffaf qurumlardan biridir və hazırda 60 milyard ABŞ dollarından çox aktivləri idarə edir”, - deyə Cavadov vurğulayıb.

O əlavə edib ki, Fond “BlackRock” və “Blackstone” kimi aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir ki, bu da bilik və texnologiyaların ötürülməsi, həmçinin ölkə iqtisadiyyatına birgə investisiya imkanları yaradır.

Chosen
2
1
kommersant.az

2Sources