Bu ilin yanvar-iyul aylarında Azərbaycan 65,7 milyon ABŞ dolları dəyərində 54 min 277 ton şaftalı (nektarin daxil olmaqla) ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 76 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 60,93 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çox) 50 min 282 ton (+65 %), Ukraynaya 2,4 milyon ABŞ dolları dəyərində 2 min 327 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 1,72 milyon ABŞ dolları dəyərində (+37 dəfə) 963 ton (+25 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 245 min ABŞ dolları dəyərində (+83 %) 180,4 ton (+86 %), Qazaxıstana 165,4 min ABŞ dolları dəyərində (+65 %) 246,2 ton (+47 %) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya (39,52 min ABŞ dolları dəyərində 35,46 ton), Latviyaya (23,67 min ABŞ dolları dəyərində 19,2 ton) və Honkonqa (11,81 min ABŞ dolları dəyərində 1,34 ton) tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 56 404 ton şaftalının 97 %-i Rusiyanın payına düşüb.
Mənbə Report