EN

“TikTok" ABŞ-yə satılır: Tramp Çindən böyük güzəşt aldımı?

"New York Times" qəzetində "TikTok" sosial şəbəkəsinin ABŞ-a satılması barədə məqalə dərc olunub.

Məqalə müəllifi yazıb ki, ötən həftə Çinin "TikTok"u Amerikaya satmağa razı olduğu barədə elanı ilk dəfə eşidəndə bunun ABŞ üçün qələbə və Çindən böyük bir güzəşt kimi göründüyünü düşünüb. Həqiqətən ABŞ prezidenti Donald Tramp "TikTok" mövzusunu xeyli müddətdir gündəmdə saxlayırdı.

"Pekin "TikTok"un Amerikadakı platformasını satmaq istəmirdi. Çin rəsmiləri müntəzəm olaraq ABŞ-ın ayrı-seçkilik kimi imtina tələblərini pisləyirdilər", - deyən məqalə müəllifi yazıb ki, Pekinin "TikTok" platformasını Amerikaya satmaqla  güzəştə getməsinin bir neçə məqsədi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources