Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Prezident Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorkda Amerikanın Fox News kanalına müsahibə verib və burada aktual mövzularla bağlı mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirən Ərdoğan, "Təxminən 20 il əvvəl bura gələndə mənə eyni sual verildi, o zaman da eyni cavabı verdim" dedi.Prezident Ərdoğan Bret Baier-in proqramında Türkiyənin Qəzzada baş verən soyqırım və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyərləndirib. Aparıcı "Qəzzədəki hadisələri soyqırım hesab edirsinizmi?" sualına Ərdoğan "Bunu izah etməyin başqa yolu yoxdur. Bu, tam bir soyqırımdır. Bu soyqırımı törədən Netanyahudur" deyə cavab verib."Netanyahu bu soyqırımda on minlərlə insanı vəhşicəsinə qətlə yetirdi. Biz Türkiyə olaraq bu soyqırımın tamamilə əleyhinəyik" deyən prezident Ərdoğan, Qəzzada da 125 mindən çox yaralı olduğunu və onların əhəmiyyətli bir hissəsini Türkiyəyə müalicə üçün gətirdiklərini açıqladı.
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.