EN

Dövlət qurumlarında 20 faiz ixtisar olacaq?

Ajans.az-ın əldə etdiyi məlumata görə Maliyyə Nazirliyi tərəfindən bır sıra dövlət qurumlarına  ixtisarların aparılması ilə əlaqədar rəsmi məktub ünvanlanıb. Məktubda 20 faiz ixtisarların aparılmasının vacibliyi vurğulanıb. Ekspertlər hesab edir ki, qurumlarda bir-birini təkrar edən idarə, şöbə, sektorların olması bu ixtisarlara yol açır.  Eyni zamanda Maliyyə Naziri Sahil Babayevin keçmiş postunda da bir sıra xərcləri azaltması, büdcəyə qənaət edilməsi məqsədilə israf olunan vəsaitlərinin, qanunsuz büdcə xərclərinin qarşısını alması hamıya məlumdur. Onun yeni vəzifəsində də eyni addımı atacağı zatən ilk gündən gözlənilən idi.  Nazirliyin mətbuat xidmətindən isə ixtisarların aparılması ilə bağlı dövlət qurumlarına rəsmi məktub ünvanlanması xəbəri təkzib edilib. 

Maraqlıdır ki, bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində ixtisarların olması 150 nəfərin işdən çıxaılması barədə xəbər yayıldı.

Chosen
6
3
Ajans.az

4Sources