EN

Ələt aeroportu Azərbayanı Avrasiyanın əsas logistika mərkəzlərindən biri edəcək

2027-ci ildə Ələt Azad İqtisadi Zonasının tərkibində istifadəyə veriləcək yeni beynəlxalq yük hava limanı isə Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək.

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Bakıda keçirilən 10-cu beynəlxalq "Caspian Air Cargo Summit"də iştirak etdik. 2006-cı ildən etibarən regionun aparıcı logistika tədbirinə çevrilən bu sammit ölkəmizin qlobal ticarətdə artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycan regionda ən böyük və müasir hava yükü donanmalarından birinə sahibdir. Ümid edirəm ki, Bakıda bir araya gələn sahə liderləri məhsuldar müzakirələri ilə qlobal hava yük daşımalarının inkişafına töhfə verəcəklər",- deyə o qeyd edib.

Chosen
3
9
modern.az

10Sources