EN

Xankəndidə yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işlərinə 42.6 milyon manat vəsait sərf olunacaq

Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işlərinə 42 608 386 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri 4 şirkət – “Victory Construction” (825 277 AZN), “Bəyaz İnşaat” (675 786 AZN), “Təməl Tikinti” (40 690 294 AZN), “Geno Group” (417 029 AZN) MMC-lər görəcəklər.

 

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi şirkətlərlə müqavilələr bağlayıb. Bağlanmış müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Burada ən çox vəsait “Təməl Tikinti”yə ödəniləcək.

 

Cabir

Tarix: 23 Sentyabr 2025, 12:14   
Chosen
3
pravda.az

1Sources