EN

Qızıl mağazasından oğurluq edən şəxs kameraya düşdü - VİDEO

Mingəçevirdə yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospekti 49 ünvanında qeydə alınıb.

Belə ki, mağazadan qızıl oğurlayan şəxsin görüntüsü təhlükəsizlik kamerasına düşüb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
3
unikal.az

1Sources