1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi" Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunu transfer edib.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan legioner Bakıda tibbi baxışdan uğurla keçib. Onunla iki illik (1+1) müqavilə bağlanıb.
Qeyd edək ki, son olaraq İsveçrədə "Sürix"in formasını geyinmiş 28 yaşlı əcnəbi Norveçdə "Lilleström", Türkiyədə "Osmanlıspor"un formasını geyinib.
2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb. O, sonuncu dəfə fevralın 2-də meydana çıxıb.
Xatırladaq ki, "Neftçi" cari mövsüm üçün indiyədək 12 oyunçu ilə anlaşıb.