EN

Uşaq Avroviziya-2025-də Azərbaycanı təmsil edəcək iştirakçı müəyyənləşib

Azərbaycanın bu il dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya-2025 mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb.Metbuat.az xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında Azərbaycanın Avroviziya nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.

O bildirib ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək. Seçim üçün ümumilikdə 60-dan çox müraciət daxil olub və ən yaxşı 15 nəfər növbəti mərhələyə keçib, onlardan biri qalib olub.

Münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadə, aranjimançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev iştirak edib.

Chosen
41
12
metbuat.az

10Sources