EN

Həmzə Kərimovun neft maxinasiyalarında rolu: Milyonlar mənimsənilib...

Adnan Əhmədzadənin "iqtisadi terroru"nun reallaşmasında yaxın ortaqları kim və ya kimlər olub?

Bir qədər əvvəl mətbuatda gedən məlumata görə Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Onu da bildirək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

Belə bir sual ortaya çıxır: A. Əhmədzadənin "iqtisadi terroru"nun reallaşmasında yaxın ortaqları kim və ya kimlər olub?

Araşdırmamıza görə bu siyahını tam başında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov durur.

İlk öncə onu qeyd edək ki, Həmzə Kərimov Salyanın keçmiş icra başçısı, "gül çələnginin altından keçən kral" qalmaqalından sonra işdən azad edilən Tahir Kərimovun oğludur.

Ötən il Tural Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsini aldatmaqla ittiham olunub. İstintaq hələ də davam edir.

Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı bir insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.

Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsiylə başlayıb. O həmin vaxt 23 yaşında idi və onun missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-in iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyan rayonunun icra başçısı işləmiş mühüm siyasi şəxs idi…
(7NEWS.az)

Poliqon.info

Chosen
2
5
poliqon.info

8Sources