EN

Öz tenderlərini özləri ləğv etdilər

Prezident yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) öz keçirdiyi tenderi özü ləğv edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Qeyd edilir ki, Xidmət komputer texnikası və müxtəlif ofis avadanlıqlarının satınalınmasını həyata keçirmək niyyətində olub. Bu məqsədlə 122 min 467 manat pul xərcləməyi də hədəfləyib.

Müsabiqənin ləğvinə səbəb isə tenderdə iştirakçıların sayının 3-dən az olması olub.

Qeyd edək ki, ABNDX ölkədə keçirilən tenderlərə nəzarət edən, onların qanunvericiliyə uyğun olub, olmadığını müəyyən edən və qərar verən qurumdur.

Fərda Uğur

Chosen
11
1
tribunainfo.az

2Sources