EN

Rus təyyarələrini vuracağıq - İsveç

İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq.

Olaylar.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

"İKFN adlanan sənəddə (İsveç ərazisinin pozulması zamanı hərbi hərəkətlər haqqında tənzimləmə) hökumət müdaxilə edən təyyarələrlə necə davranmaq barədə Silahlı Qüvvələrə göstərişlər verib. Bura zəruri hallarda xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Danimarka və Norveçdə PUA hücumu xəbərdarlığı elan edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
3
olaylar.az

4Sources