EN

HƏMAS-ı terror təşkilatı hesab etmirəm - Ərdoğan

Bakı.TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan radikal Fələstin hərəkatı HƏMAS-ı terror təşkilatı kimi tanımır.

TurkicWorld xəbər verir ki, bu barədə türkiyəli lider ABŞ-nin "Fox News" telekanalına müsahibəsində danışıb.

"Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, onu müqavimət hərəkatı kimi görürəm",- Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, HƏMAS-ın hərbi potensialı yalnız İsrailin hücumlarından müdafiə olunmaq üçün kifayətdir.

Chosen
16
2
turkic.world

3Sources