EN

Yamalın atası oğlunun ikinci olmasına 3 sözlə reaksiya verdi

"Barselona"nın vingeri Lamin Yamalın atası Munir Nasraui oğlunun 2026-cı ildə "Qızıl top"u qazanacağına əmin olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, COPE-yə qısa açıqlamasında "Gələn il bizimdir", - deyə bildirib.

18 yaşlı Yamal "Qızıl top" üçün səsverməsində yalnız PSJ-nin hücumçusu Usman Dembeledən geri qalaraq ikinci olub.

Lamin Yamal ardıcıl ikinci dəfə "İlin Gənc Futbolçusu" mükafatını aldı. 2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O, komanda ilə İspaniya çempionatının və İspaniya kubokunun qalibi olub.

Chosen
18
1
publika.az

2Sources