EN

Yamalın atasından Qızıl top seçiminə etiraz

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasriu “Qızıl top” mükafatını oğlunun qazanmamasına etiraz edib.

QOL.az xəbər verir ki, ötən gecə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını PSJ-nin oyunçusu Usman Dembele qazanıb. Yamal isə səsvermədə ikinci olub. 

Munir Nasriu “El Chiringuito TV”yə açıqlamasında qeyd edib ki, hazırda dünyanın ən yaxşı oyunçusu onun oğludur: “Bu, bir insana vurulan mənəvi zərbədir. Lamin Yamal hazırda dünyanın ən yaxşı oyunçusudur. Mənim oğlum olduğuna görə deyil, ən yaxşı olduğuna görə etiraz edirəm. Yamalın rəqibi yoxdur. Seçimlər zamanı qəribə bir şeyin olduğunu deyə bilərik”.

Qeyd edək ki, 18 yaşlı Yamal ilin ən yaxşı gənc futbolçusu seçilib. O, ötən il də bu mükafatı qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
qol.az

2Sources