Bakı. Trend:
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsindəəməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxıb.
Trend xəbər verir ki, bufikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə ƏrəbistanıKrallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətiləİki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman binƏbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.
“Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycandabərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini,xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyasıolacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksəkqiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadiəlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eynizamanda, OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızınmövcud səviyyəsi təqdirəlayiqdir”, - deyə Azərbaycan Prezidentivurğulayıb.