EN

Payızda yayılan virus: Əvvəlcə bronxitə, sonra isə pnevmoniyaya səbəb olur

Payız mövsümündə qrip halları artır. Mütəxəssislər xəbərdarlıq edir ki, qrip immuniteti zəif insanlarda əvvəlcə bronxitə, daha sonra isə pnevmoniyaya yol aça bilər.

Publika.az xəbər verir ki, pulmonoloq Tibel Tuna bildirib ki, pnevmoniya xüsusilə yaşlılarda, xroniki ürək və ağciyər xəstəlikləri olanlarda həyati təhlükə yaradır:

“Pnevmoniyadan qorunmağın ən təsirli yolu peyvənddir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərə, KOAH, astma, ürək çatışmazlığı və diabet xəstələrinə, həmçinin immuniteti zəif olanlara pnevmokok peyvəndi tövsiyə olunur. Qrip və pnevmokok peyvəndlərinin birlikdə tətbiqi riskli qruplarda güclü qorunma təmin edir”.

Həkim əlavə edib ki, pnevmoniya peyvəndi qripi müalicə etmir, lakin uzunmüddətli qorunma yaradır. Qrip peyvəndi isə hər il vurulmalıdır, çünki virus davamlı mutasiyaya uğrayır. Sağlam insanlar da peyvənd olunmalıdır, çünki qrip ciddi fəsadlara səbəb ola bilər.

Chosen
11
publika.az

1Sources