EN

Bu nəhənglər 200 ilə qədər yaşayır Arktikanın uzunömürlü məməliləri

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alimlərin araşdırmalarına görə, Qrenlandiya kitləri (Balaena mysticetus) Yer üzündə ən uzunömürlü məməlilərdən hesab olunur. Onların bir çoxu 100 ildən çox yaşayır, hətta qeydə alınan nümunələrdən birinin yaşı 200 ili ötüb.

Qaynarinfo bu barədə "Science" jurnalına istinadən xəbər verir.

2007-ci ildə Alyaskadakı yerli ovçuların tutduğu bir qrenlandiya kitinin bədənində XIX əsrin sonlarında istehsal olunmuş qarpun ucluğu aşkar edilmişdi. Bu tapıntı həmin heyvanın təqribən 115 yaşında olduğunu göstərirdi.

Kitlərin yaşını daha dəqiq təyin etmək üçün isə onların göz büllurunda yığılan aspartat adlı amin turşusunun quruluşu öyrənilir. Bu üsulla aparılan araşdırmalarda bəzi kitlərin 100 ildən çox, birinin isə təxminən 211 il yaşadığı məlum olub.

Qrenlandiya kitləri ömürlərinin demək olar ki, hamısını Arktika və Subarktika sularda keçirir. Onların 18,8 metrədək uzunluğu və 90 tona yaxın çəkisi olur. Bədəni qalın piy qatı (50 sm-ə qədər) ilə örtülü olduğundan soyuq mühitdə istiliyi saxlaya bilirlər.

Digər kitlərdən fərqli olaraq, onların bel üzgəci yoxdur. Bu xüsusiyyət onlara dəniz buzlarının altında asanlıqla üzməyə imkan verir. Qidalanma üsulları da özünəməxsusdur: diş əvəzinə böyük süzgəc lövhələri var. Dəniz suyunu udub, sonra filtrləyərək xırda canlılarla – krill və zooplanktonla qidalanırlar.

Alimlərin ehtimalına görə, bu heyvanların uzun ömür sürməsi genetik amillərlə bağlıdır. Xüsusilə CDKN2C geninin təkrarlanması hüceyrə bölünməsini tənzimləyir və vaxtından əvvəl hüceyrə ölümünün qarşısını alır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
qaynarinfo.az

1Sources