1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Qətər İnvestisiya Təşkilatının inkişaf etməkdə olan bazarlar üzrə direktoru Nasir Al-Attiyah ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.
"Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
Azərbaycanın artan #iqtisadi potensialı bir sıra ölkələr, o cümlədən Körfəz dövlətləri ilə iqtisadi əməkdaşlıq, #investisiya və strateji tərəfdaşlıq sahəsində birgə layihələrin reallaşmasını mümkün edir. Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu… pic.twitter.com/9rzUe2GkzE
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025