EN

ADU da Azərbaycan İsrail elmi əməkdaşlığına dair görüş olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İsrailin ölkəmizdəki səfiri Ronen Krauszla görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla İsrail arasında sıx iqtisadi, elmi, mədəni əlaqələrin mövcudluğu, dostluq və tərəfdaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyi qeyd olunub.

Rektor vurğulayıb ki, son illər ADU-da beynəlxalq əlaqələrin genişləndirilməsi həm elmi, həm də mədəni əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir: “İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək. İsrailin elmi, mədəni təcrübəsi bizim üçün çox önəmlidir. Bu təcrübədən istifadə etmək və elmi əlaqələrimizin inkişafına töhfə vermək arzusundayıq”.

Kamal Abdulla səfirə ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, universitetdə fəaliyyət göstərən İsrail Mərkəzi öz işini uğurla davam etdirir.

Görüşdə ADU-nun QS reytinqlər cədvəlində “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 200 universitetinin siyahısına daxil olması, beynəlxalq nüfuzunun artması barəsində fikir mübadiləsi aparılıb.

Səfir bildirib ki, Azərbaycan və İsrail arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında strateji əlaqələr özünü akademik fəaliyyətdə xüsusi olaraq göstərir. İsrail-Azərbaycan əlaqələrinin təkcə rəsmi bəyanatlarla deyil, həqiqətən də yüksək səviyyədə inkişaf etmiş strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımların atılması üçün ortaq razılıq əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
azertag.az

1Sources