EN

"HƏMAS terror təşkilatı deyil" - Türkiyə lideri

Türkiyə prezidenti Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatını terror təşkilatı hesab etmədiyini bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

"Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, mən buna müqavimət hərəkatı kimi baxıram", - o, ifadə edib. 

Türkiyə liderinin sözlərinə görə, HƏMAS ciddi silahlara və əhəmiyyətli imkanlara malik deyil. O, vurğulayıb ki, hərəkat özünü müdafiə etmək üçün əlində olan az şeydən istifadə edir.

Ərdoğan daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ideoloji baxımdan Adolf Hitlerə çox yaxın olduğu fikrini ifadə etmişdi. 

Gülayə Mecid 

Chosen
8
unikal.az

1Sources