EN

İndoneziya HHQ üçün istehsal edilən ilk “Rafale” qırıcısının sınaq uçuşu keçirilib

Fransanın “Dassault Aviation” şirkəti tərəfindən İndoneziya Hərbi Həva Qüvvələri (HHQ) üçün istehsal edilən ilk “Rafale” döyüş təyyarəsinin sınaq uçuşu keçirilib.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, bu ay Fransada baş tutan sınaq uçuşu Cakartanın 8 milyard ABŞ dolları dəyərində qırıcı alışı proqramının artıq müqavilədən çıxaraq real əməliyyat mərhələsinə keçdiyini təsdiqləyir.

Qeyd edək ki, “Rafale” qırıcılarının satın alınması ilə bağlı “Dassault Aviation” şirkəti və İndoneziya Müdafiə Nazirliyi arasında müqavilə 2022-ci ilin fevral ayında imzalanıb.

Müqavilənin şərtlərinə görə, 42 ədədlik “Rafale” sifarişinin şirkət tərəfindən mərhələli şəkildə istehsal edilərək, İndoneziya HHQ-yə çatdırılması planlaşdırılıb. Bu çərçivədə “Rafale”lərin istehsalını nəzərdə tutan ilk sifariş (6 ədəd) 2022-ci ilin sentyabrında, ikincisi (18 ədəd) 2023-cü ilin avqustunda, sonuncusu (18 ədəd) isə 2024-cü ilin yanvarında verilib.

Həmçinin İndoneziya hökuməti Fransadan əlavə 24 ədəd “Rafale” qırıcısı almaq istəyir.

Bundan başqa, Türkiyənin TUSAŞ şirkəti də İndoneziya HHQ-yə 48 ədəd KAAN döyüş təyyarəsi tədarük edəcək. Bunun bağlı “Indo Defence-2025” sərgisində tərəflər arasında müqavilə imzalanıb.

Chosen
31
poliqon.az

1Sources