EN

Türkiyədə 13 bələdiyyə işçisi saxlanılıb

Ankara Böyükşəhər Bələdiyyəsinin 2021–2024-cü illərdə təşkil etdiyi konsertlərlə bağlı büdcə vəsaitlərinin qanunsuz xərclənməsi iddiaları üzrə aparılan istintaq çərçivəsində 13 bələdiyyə işçisi saxlanılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, iddialara əsasən, konsertlər dövlət büdcəsinə 154 milyon lirə zərər vurub.

Saxlanılanlar arasında sabiq bələdiyyə rəhbərləri və təşkilatçı şirkətlərin sahibləri də var. Onlara “Vəzifədən sui-istifadə” və “Tenderə müdaxilə” ittihamları irəli sürülüb.

Dəryanur Cəfərova

Chosen
25
9
apa.az

10Sources