EN

Cəlilabadda narkotika satan 2 nəfər həbs edilib


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı həmin cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar.

Onlarda ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Həmçinin C. Həsənzadə diqqətdən yayınmaq və yük avtomobilinin sürücüsü görüntüsü yaratmaq məqsədi ilə məhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərin daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətləb

Chosen
25
32
baki-xeber.com

10Sources