EN

Qurban Qurbanov: "Bəzi futbolçuların məndən xoşu gəlmir"

"Bəzi futbolçuların məndən xoşu gəlmir. Çünki onlardan daha çox şey tələb edir, onları daha çox işlədirəm".

 

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

 

"Nə qədər sərt olsam da, sonradan futbolçularımla keçmişimizi, uğurlarımızı və bu zaman yaşadıqları hissləri xatırlayıram. Başqa sahələrdə ola bilsin ki, təcrübədən çox, elmi bilik önəmli olsun, amma futbolda bəzən az yaşlarından əldə edilmiş təcrübə elmi bilikləri üstələyir. Buna görə də futbolçu olub sonra məşqçi kimi fəaliyyət göstərmək, daha uğurlu nəticələr əldə etməyə imkan verə bilər", - Q. Qurbanov qeyd edib.

 

Oxu.az

Tarix: 23 Sentyabr 2025, 10:53   
Chosen
11
4
pravda.az

5Sources