EN

Tam dolu çənlə 2000 km yürüş məsafəsi mümkündür?

Elektrik və hibrid avtomobillərin sürətli inkişafı ilə yanaşı, sürücülərin ən böyük narahatlıqlarından biri – "məsafə narahatlığı" (range anxiety) olaraq qalır. Yolda enerji bitməsi qorxusu bu gün dünyada ekoloji təmiz nəqliyyatın daha geniş yayılması üçün əsas maneələrdən biridir.

Bu problemə cavab olaraq Geely-nin Galaxy L6 modeli, enerji təhlükəsizliyi və uzun məsafə sahəsində yeni mərhələ açır. İnteqrasiya olunmuş qabaqcıl texnologiyalar sayəsində L6 bir dolumla 2000 km-ə qədər ümumi yürüş məsafəsi qət edə bilir. Bunun 140 km-i tam elektrik rejimində mümkün olur. Orta yanacaq sərfiyyatının cəmi 2.98 litr/100 km olması isə həm ekoloji, həm də iqtisadi baxımdan böyük üstünlükdür.

Galaxy L6-nın texniki göstəriciləri də sürücülərə dinamikanı və təhlükəsizliyi birləşdirən təcrübə təqdim edir. Avtomobil 0-dan 100 km/saata cəmi 7,4 saniyəyə sürətlənir, maksimal sürəti isə 180 km/saata çatır. 60 litrlik yanacaq çəni isə uzun məsafələrdə əlavə rahatlıq yaradır.

Model sürücülərə gündəlik istifadədə və uzun səfərlərdə üstün imkanlar təqdim edən zəngin komplektasiya ilə gəlir:

· Rahatlıq və idarəetmə: 4 istiqamətdə mexaniki tənzimlənən sükan, lyuk, açarsız daxilolma, 4 sürüş rejimi (Smart/EV/Performance/Range extended).

· Dizayn və görünürlük: LED işıqlar, işıq sensoru, İHBC (intellektual uzaq vuran işıqlar), yağış sensoru, 17 düymlük yüngül xəlitəli disklər və 540° kamera.

· İnteryer və texnologiya: 14,6" monitorlu və 8 dinamikli multimedia sistemi, 10,25" rəqəmsal cihaz paneli, 50W naqilsiz şarj paneli, yaddaşlı, qızdırıcılı, soyuduculu və masaj funksiyalı sürücü oturacağı.

· Təhlükəsizlik: 6 hava yastığı, AEB (qəza əleyhinə asistent), LDW və LKA (zolaqda saxlama sistemləri), HAC və HDC, ESC, ABS+EBD, TCS və videoqeydiyyatçı.

"Bizim məqsədimiz müştərilərimizə yalnız rahatlıq və texnologiya təqdim etmək deyil, eyni zamanda enerji təhlükəsizliyi sahəsində etibar yaratmaqdır," – deyə Geely Azərbaycan nümayəndəliyindən bildirildi.

Galaxy L6 yalnız bir avtomobil deyil, həm də gələcəyin enerji təhlükəsizliyi konsepsiyasını təqdim edən modeldir. İstər gündəlik şəhər istifadəsi, istərsə də uzun məsafəli səyahətlər üçün Galaxy L6, müasir sürücülərin bütün tələblərinə cavab verən real həlldir.

Rəsmi zəmanət: 4 il və ya 100 000 km

Rəsmi satış və servis mərkəzi: Babək prospekti 35A

Əlaqə: *2299

Chosen
7
1
far.az

2Sources