EN

Sədərək Yusifin qardaşı oğlanları saxlanılıb İDDİA

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı oğlanlarının həbs olunması ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, biznesmenin qardaşı Ənvər Qədimbəylinin övladları İlkin və İlham Qədimbəylilər barəsində cinayət işinin başlanıldığı iddia olunur.

Yayılan məlumatlara görə onlar barəsində cinayət işi biznesmen Elnur Əhmədovun şikayəti əsasında başlanılıb.

Xatırladaq ki, Elnur Əhmədov bir müddət öncə mediaya müraciət edərək İlkin və İlham Qədimbəylilər tərəfindən zorla pulunun alınması ilə bağlı şikayət etmişdi.

Hazırda qardaşlar barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə küllimiqdarda tələb etmə) ilə ittiham irəli sürüldüyü qeyd olunub. 

Mehman Əsədov

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
9
news.milli.az

10Sources