EN

Ulduz futbolçunun Türkiyə xəyalı reallaşır

“İnter”in futbolçusu Hakan Çalhanoğlu ilə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, transfer dönəmində “İnter”dən getmək istədiyi iddia edilən Çalhanoğlu mövsümün sonunda klubdan ayrıla bilər. İtaliya mətbuatında dərc edilən xəbərlərə görə, "İnter" rəhbərliyi Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qərar verib. Klub mövsümün sonunda onun gedişini asanlaşdıracaq.

İddialara görə, "Qalatasaray" və "Fənərbaxça" futbolçunun xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı klublarının da Hakan Çalhanoğlunun transferini nəzərdən keçirdiyi barədə iddialar dərc edilib. Futbolçunun Türkiyədə futbol oynamaq istədiyi iddia edilmişdi.

Chosen
21
1
metbuat.az

2Sources