EN

Mədəniyyət Nazirliyi 100 min manata xalça aldı

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

"Cebheinfo.az" xəbər verir ki, İqtisadiyyat.az-a istinadla əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.

"Cebheinfo.az" 

Chosen
22
11
cebheinfo.az

10Sources