EN

Kamala Harris Baydeni tənqid etdi: Qəzzaya empatiya göstərə bilmədi

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bayden Qəzza ilə bağlı kifayət qədər empatiya göstərə bilmədi.

Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti və 2024-cü il prezidentliyə namizəd Kamala Harris prezident Co Baydenin Qəzza ilə bağlı siyasətini tənqid edib. O, Baydenin atdığı addımları "qeyri-adekvat" adlandıraraq, Qəzzadakı mülki vətəndaşlara kifayət qədər empatiya göstərmədiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən Axios nəşri Harrisin "107 Gün" adlı kitabından əldə etdiyi hissələrə istinadən yazır ki, Harris Baydenin bu məsələdə mövqeyindən narazı qalıb.

“Coya açıq şəkildə bildirdim ki, Ukraynadakı insanların çəkdiyi əzablara göstərdiyi empatiyanın eynisini Qəzzadakı günahsız insanlar üçün də göstərsin. Amma bunu edə bilmədi. ‘Mən sionistəm’ deyə ehtirasla danışa bilirdi, lakin fələstinlilərlə bağlı dedikləri ruhsuz və qeyri-səmimi səslənirdi”, – deyə, Harris kitabında qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
icma.az

2Sources