EN

Türkiyədə dövlət xəstəxanası tibbi cihaz alacaq

BAKI, TurkicWorld

21 Sentyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malikin Türkistana səfər proqramı çərçivəsində Türkistan vilayəti Akiminin müavini Yertay Altayev və Türkistan şəhərinin akimi Azimbek Pazılbekoğlu ilə görüşü baş tutub.

TurkicWorld xəbər verir ki, görüş zamanı əsas diqqət mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Həmçinin, ICESCO ilə əlaqələrin daha da möhkəmləndirilməsi və Türkistan vilayətindəki abidələrin İslam dünyasının mədəni irs siyahılarına salınması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkistan vilayəti Akim müavini və Türkistan şəhəri Akimi ICESCO-nun fəaliyyətini yüksək qiymətləndirib, görüşün əhəmiyyətinə toxunublar. ICESCO Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik Türkistanda keçirdiyi zaman ərzində onun zəngin mədəni irsinin şahidi olduğunu və bu mirasın İslam dünyasının ümumi dəyərlərinə böyük töhfə verdiyini qeyd edib. Tərəflər öz növbəsində Türk Mədəniyyəti və İrsi Fonduna görüşün təşəbbüsünə və təşkilinə görə minnətdarlığını bildiriblər.

Görüş əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi ilə davam edib.

Qeyd etmək lazımdır ki, görüşdən əvvəl qonaqlar üçün “Böyük Çöllər Yurdu” («Ұлы Дала елі») Mərkəzinə xüsusi ekskursiya təşkil olunub. Burada iştirakçılar mərkəzin zəngin ekspozisiyaları ilə tanış olub, Böyük Çölün tarixi, mədəni irsi və qədim ənənələri haqqında ətraflı məlumat əldə ediblər.

Chosen
12
turkic.world

1Sources