Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 16-dan bəri itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr məsafədə yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.
Meksika Baş Prokurorluğu faktla bağlı geniş araşdırmaya başladığını açıqlayıb. Yerli mətbuat onların qətlinin narkotik qaçaqmalçıları ilə əlaqəli ola biləcəyini istisna etmir.
Kolumbiya prezidenti Qustavo Petro isə hadisəyə sərt reaksiya verərək, sənətçilərin ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini ittiham edib.
Xatırladaq ki, Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalını tərk edərkən müşahidə kameralarının görüntülərinə düşüblər.
