EN

Komitə sədri Qazaxıstana SƏFƏR EDƏCƏK

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "BeWoman" Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq. Milli Məclisin komitə sədri Hicran Hüseynova “Həmrəyliyin gücü” mövzusuna həsr olunmuş plenar iclasda, “Qadın liderlərin beynəlxalq ittifaqları” adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.

Səfər sentyabrın 27-də başa çatacaq.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
4
modern.az

6Sources