EN

Yunan-Roma güləşçilərimiz Dünya ikincisi olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

Mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180 xal) birinci, Özbəkistan (72 xal) isə üçüncü yeri tutub.

Xəbər verdiyimiz kimi, yığmanın tərkibində Ülvü Qənizadə (72 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıb.

Qabil YUSİFOĞLU
XQ

Chosen
20
7
xalqqazeti.az

10Sources