EN

Laçına köçən sakin: Bu gün yurdumuza qayıtdığım üçün çox sevinirəm  

Mən şəhid Sahib Əhmədovun həyat yoldaşıyam. Bu gün yurdumuza qayıtdığım üçün çox sevinirəm. Bizə bu sevinci yaşatdıqları üçün Azərbaycan Prezidentinə, Ordusuna təşəkkür edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın şəhərinə köçən keçmiş məcburi köçkün Mehriban Binnətova söyləyib.

Otuz yaşında məcburi köçkün düşdüyünü xatırladan M. Binnətova doğma yurda bacısı ilə qayıtdığını bildirib.

3Sources