EN

Bakı-Quba yolunda ağır qəza - Maşın alovlandı, sürücü öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumata görə, hadisə Xızı rayonunun Sitalçay kəndi ərazisində olub.

Belə ki, 26 yaşlı Cəmil Hacıəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili beton arakəsməyə çırpıb. Hadisə zamanı maşın alışıb.

Qəza zamanı yüngül yanıq və ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
14
cebheinfo.az

1Sources