EN

Lionel Messi Usman Dembeleni təbrik etdi

Argentina millisinin hücumçusu Lionel Messi "PSJ"nin futbolçusu Usman Dembeleni "Qızıl top" mükafatını qazanması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, bu barədə Messi sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımına “Böyük Us! Təbrik edirəm, çox şadam. Sən buna layiqsən!” şərhini əlavə edib.

Qeyd edək ki, səsvermədə "Barselona"nın oyunçusu Lamin Yamal ikinci, "PSJ"nin digər futbolçusu Vitinya isə üçüncü olub. Messi isə bu mükafatı rekord sayda - 8 dəfə qazanıb.

İdman.biz

Chosen
4
2
idman.biz

3Sources