EN

Məcnun Məmmədov əməliyyatla arıqlayıb? - Özündən AÇIQLAMA

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun hədsiz çəki atması bir çoxlarının marağına səbəb olub. Onun arıqlaması fonunda bəziləri qurum rəhbərinin Yunanıstanda mədəkiçiltmə əməliyyatı keçirdiyini iddia edir. 

Ölkə.Az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovla əlaqə saxlayıb. O, mədəkiçiltmə əməliyyatı ilə bağlı yayılan xəbərləri təkzib edib:

"Mən heç bir əməliyyat keçirtməmişəm, yalandır. Özümü yaxşı hiss edirəm, səhhətimdə hər hansı bir problem yoxdur. Mənim Yunanıstanda əməliyyat olunmağımla bağlı deyilənlər isə cəfəngiyyatdır". 

Saytın əməkdaşının "Bəs necə arıqlamısız?" sualını isə nazir cavabsız qoyub.

Chosen
17
20
olke.az

10Sources