BAKI, 23 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS Hərəkatını terror təşkilatı kimi tanımır.
Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, müqavimət hərəkatı hesab edirəm”, - Ərdoğan vurğulayıb.