EN

İtaliya süni intellektdən istifadə haqqında qanun qəbul edib

Avropa İttifaqında ilk dəfə İtaliyada süni intellektdən istifadəni tənzimləyən qanun qəbul edilib.

Herbiand.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, qanunun qəbul olunmasında məqsəd süni intellektdən şəffaf və təhlükəsiz istifadəyə töhfə verməkdir.

Qanunun tətbiqi süni intellektin köməyi ilə yaradılmış və yaxud dəyişdirilmiş zərərli məzmunun qanunsuz olaraq yayılmasına görə 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması da daxil olmaqla, cinayət əməllərinin törədilməsində süni intellektdən istifadə də cəzasız qalmayacaq.

Qanunla yeniyetmə və  uşaqların bu texnoloji yenilikdən istifadəsi də tənzimlənir. 14 yaşdan az uşaqların süni intellektdən istifadə etməsi üçün valideynlərin razılığı tələb olunacaq.

Chosen
27
3
herbiand.az

4Sources