EN

Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı - FOTO

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum" xalçasını Mədəniyyət Nazirliyinə satıb.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum" xalçasını 2001-ci ildə ərsəyə gətirib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
14
11
milli.az

10Sources